Əsas səhifəXarici"Hyundai" Hindistandakı zavodunun fəaliyyətini dayandırıb
PAYLAŞ

"Hyundai" Hindistandakı zavodunun fəaliyyətini dayandırıb

Xarici 25 May 2021 15:58 758


Cənubi Koreyanın ən böyük avtomobil istehsalçısı olan "Hyundai Motor" şirkəti koronavirus infeksiyasının yayılması səbəbindən Hindistanın cənubundakı Tamil Nadu əyalətindəki zavodunun fəaliyyətini 25-29 may tarixləri arasında dayandırıb.

Bu barədə şirklətin açıqlamasında deyilir.Şirkət çərşənbə axşamı iki işçinin yoluxduğundan və bəzi işçilərin xəstəliyin yayılmasından qorxaraq tətil etdiklərindən sonra bu qərara gəlib.

Tamil Nadu Hindistanın pandemiyanın ən çox zərər çəkən əyalətlərindən biridir. Əyalətdə mayın 10-dan 23-dək 460 min nəfərdən çox insan koronavirusa yoluxub.

"Hyundai Motor"un xaricdəki digər zavodları yarımkeçiricilərin çatışmazlığına baxmayaraq fəaliyyətini davam etdirir. Şirkətin Cənubi Koreyada 7, xaricdə isə 10 zavodu mövcuddur: Çin (4 zavod), ABŞ, Çexiya, Türkiyə, Rusiya, Hindistan və Braziliyada. Bu zavodlar ildə 5,5 mln. avtomobil istehsal etməyə imkan verir. 






Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020